Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dövlət Dəniz Agentliyi və Dövlət Mülki Aviasiya Agentliyinin əsasnamələri təsdiq edilib


Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 22 may 2018-ci il Fərmanı ilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi və Dövlət Mülki Aviasiya Agentliyi haqqında əsasnamələr  təsdiq edilib.  


Belə ki, "Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli 395 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 327; 2008, № 8, maddə 720, № 11, maddələr 970, 980; 2009, № 12, maddə 983; 2011, № 2, maddə 85; 2012, № 7, maddə 678; 2013, № 6, maddə 655; 2014, № 5, maddə 474, № 12, maddə 1574; 2015, № 9, maddə 1008) ləğv edilib.

Eyni zamanda, "Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 20 aprel tarixli 565 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 4, maddə 327; 2008, № 11, maddə 970; 2009, № 12, maddə 983; 2011, № 2, maddə 85; 2014, № 12, maddə 1572; 2017, № 11, maddə 2014) da ləğv edilib.

Əsasnamələrlə saytın müvafiq bölməsində tanış olmaq mümkündür.

"Dövlət Dəniz Agentliyi haqqında Əsasnamə"

"Dövlət Mülki Aviasiya Agentliyi haqqında Əsasnamə" 






23/05/18    Çap et