Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çində 56 suüstü robotdan ibarət donanmanın uğurlu sınaqları keçirilib (VİDEO)


Çinin “Yunzhou Intelligence Technology” şirkəti 56 kiçik suüstü robotdan ibarət donanmanın uğurlu sınaqlarını keçirib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, Cənub-Çin dənizində Vanşan arxipelaqı sahillərində keçirilən sınaqlar ən miqyaslı testlərdən olub. Yoxlama zamanı avtonom kater göyərtəsində olan operator tərəfindən idarə edilən robotlar bir sıra vəzifələri yerinə yetiriblər. Belə ki, əvvəlcə onlar səkkiz kilvater cərgə yaratdıqdan sonra kiçik adanı imitasiya edən operatorun olduğu kateri iki tərəfdən dolanıb keçiblər.

Daha sonra robotlar virtual körpünün dayaqlarının arasından keçmək üçün dörd cərgəyə düzülüblər.

Növbəti mərhələdə donanma bir neçə manevr yerinə yetirib və yenidən səkkiz cərgə formalaşdırıb. İşin axırında isə robotlar heroqlif və hava gəmisinin siluetini təsvir ediblər.
 
Mütəxəssislərin gələcək planları və robotların tətbiqi ilə bağlı perspektivlər barədə məlumat verilmir.
 
Nizam Nuriyev







02/06/18    Çap et