Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni ekzoskelet hərbçilərə silahdan istifadədə kömək edəcək


ABŞ ordusu əsgərin qarın nahiyəsindən uzanan və üçüncü əl kimi görünən ekzoskeletin videosunu dərc edib.

“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, “Üçüncü əl” adlanan qurğu hərbçinin əlindəki silahın çəkisini öz üzərinə götürərək saxlaması üçün nəzərdə tutulub.

Bildirilir ki, quru qoşunlarının əsgərləri daim qaçır, atəş açır, danışır və 14 kiloqramlıq silahı əldən buraxmırlar. Ağır silahın çəkisini bərabər bölüşdürən “Üçüncü əl” qurğusunu enerji ilə doldurmağa və batareyalarla təchiz etməyə ehtiyac yoxdur. Hərbi texnologiyalar laboratoriyasının mühəndis mexaniki Den Bahlenin sözlərinə görə, prototipin təkmilləşdirilməsi üçün hərbçilərin istək və tövsiyələri nəzərə alınır. İlk sınaqlar zamanı əsgərlər ekzoskeletin onlara yerə tez uzanmağa imkan verməməsindən şikayət etdikdən sonra çatışmazlıq aradan qaldırılıb.  

Ekzoskelet çəkisi 12 kq təşkil edən pulemyotlar vasitəsilə sınaqdan keçirilib və qurğu silahın çəkisini tam öz üzərinə götürərək saxlayıb. Çəkisi təxminən 2 kq təşkil edən ekzoskelet yaradıcılarının sözlərinə görə, qurğunun prototipi ilkin hazırlanma mərhələsindədir və gələcəkdə onun birinci versiyadan kəskin fərqlənməsi üçün təkmilləşdirilməsi planlaşdırılır.

Nizam Nuriyev
 







04/06/18    Çap et