Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” serverləri eksperiment üçün dənizdə batırılıb


“Microsoft” korporasiyasının mütəxəssisləri dəniz suyu ilə soyutmanın səmərəliliyini müəyyənləşdirmək məqsədilə dənizdə Şotlandiya sahili yaxınlığında 864 serveri batırıblar.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, mütəxəssislər tərəfindən dəniz dibinə 27,6 istilik mübadiləsi və ya 27 600 terabayt tutumlu məlumatı özündə birləşdirən 864 serverə malik 12 dirəkdən ibarət server otağı salınıb. Bu, yüksək məhsuldarlıqlı minlərlə fərdi kompüterin informasiyasının emalı və ya yaxşı keyfiyyətli 5 milyona yaxın filmin saxlanılması üçün yetərlidir.
 
Məlumata görə, korporasiya dəniz suyunun məlumat mərkəzinin serverlərindən istiliyi effektiv ayırmasını müəyyənləşdirmək niyyətindədir.
 
Bildirilir ki, layihə çərçivəsində serverlər 5 il dəniz dibində qalacaq. Bu vaxt ərzində onlar ətraf dünya ilə güc kabeli və məlumatların ötürülməsi və ölçmə üçün naqillə bağlı olacaqlar. Təbii soyutmanın effektiv və eksperimentin uğurlu olacağı təqdirdə “Microsoft” korporasiyasının digər məlumat mərkəzlərinin serverlərinin də dəniz dibinə salınması nəzərdə tutulur.
 
Nizam Nuriyev






07/06/18    Çap et