Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Oracle” "bulud" şirkətini alır


“Oracle” şirkəti “RightNow Technologies bulud" şirkətini alması haqqında bildirib. Bu, Larri Ellisonun korporasiyasına 1.5 milyard dollara başa gələcək. “RightNow Technologies” şirkətinin Direktorlar Şurası sazişə razılıq verib.

Sazişi 2011-ci ilin sonunda və ya 2012-ci ilin əvvəlində bağlamaq planlaşdırılır. “Oracle” şirkətindən qeyd ediblər ki, “RightNow Technologies bulud" şirkətinin alınması korporasiyaya "bulud" xidmətlərinin inkişafında irəliləməyə kömək edəcək.




25/10/11    Çap et