Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Populyar oyun və sosial şəbəkələr uşaqları təhlükəyə məruz qoyur


Ekspertlər sosial şəbəkə və populyar oyunları tənqid edirlər. Onlar hesab edirlər ki, “Facebook”, “Snapchat” və “Fortnite” kimi sosial şəbəkə və oyunlar uşaqları təhlükəyə məruz qoyur.

Məsələ ondadır ki, uşaqlar internetdə başqa istifadəçilərin pis davranışı ilə üzləşə bilərlər. Beləliklə, ekspertlərin fikrincə, gənc nəsil trolların hücumundan qorunmayıb.

“NSPCC” uşaqların qorunması təşkilatının icraçı direktoru Piter Uanless hesab edir ki, sosial şəbəkələr uzun müddət uşaqların qorunması məsələsinə məhəl qoymayıb. O bildirib ki, sosial şəbəkələr bu aspekti mühüm hesab etmirlər.

Emil Hüseynov






11/06/18    Çap et