Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Tokio aeroportunda avtomatik pasport nəzarət sistemi işə salınıb


Tokionun “Narita” Beynəlxalq Aeroportunda avtomatik pasport nəzarət sistemi istifadəyə verilib.

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, xaricdən qayıdan Yaponiya vətəndaşlarına xidmət göstərən sistemin məqsədi immiqrasiya xidməti müfəttişlərinin işini azaldaraq onları əcnəbilərin yoxlanışına yönəltməkdir.

Məlumata görə, avtomatik yoxlanışdan keçmək üçün pasportun aparat üzərinə qoyulması tələb olunur. Bundan sonra sənəddəki məlumatlar oxunur, kamera isə pasport sahibinin sifətini onun fotoşəkili ilə tutuşdurur. Prosedur ümumilikdə 10 saniyə ərzində başa çatır.

2019-cu ilin martınadək Yaponiyanın bütün iri beynəlxalq aeroportlarının belə qurğularla təchiz edilməsi planlaşdırılır.

Nizam Nuriyev






12/06/18    Çap et