Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows XP” əməliyyat sisteminin 10 yaşı tamam olub


Dünən “Windows XP” əməliyyat sisteminin 10 yaşı tamam olub. Məhz 2001-ci ilin bu günü proqram platformasının satışları başlanıb. “Windows XP” əməliyyat sisteminin yaradılması ilə fərdi kompyuterldə işə baxış dəyişib; o, daha maraqlı, daha sürətli olub.

Bir sıra orijinal funksiyalar - yeni interfeys, audioformatların dəstəklənməsi, şəkillərlə (XP ilk dəfə istifadəçilərə şəkillərin kameradan kompyuterə ötürülməsi üçün interfeys təqdim edib) sadə iş imkanı təqdim edilmişdi.

Əvvəlcədən “Windows XP” əməliyyat sistemi quraşdırılmış kompyuter satışları 2010-cu il oktyabr ayının 22-dən dayandırılıb, həmin il iyul ayının 13-dən ikinci yenilənmə paketi (SP2) ilə olan platformanın texniki dəstəklənməsi dayandırılıb. Bununla belə, üçüncü yenilənmə paketi (SP3) ilə olan platformanın dəstəklənməsi hələ 2014-cü il aprel ayının 8-nə kimi davam edəcək.

“StatCounter” şirkətinin son statistika məlumatına əsasən, “Windows XP” əməliyyat sisteminin payı hal-hazırda 37,2% təşkil edir. “Windows XP” əməliyyat sistemi bu göstəriciyə görə yalnız bazar lideri - 41,6% istifadəçinin fərdi kompyuterində quraşdırılmış “Windows 7” əməliyyat sistemindən geri qalır.




26/10/11    Çap et