Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyanın 20 ən innovativ ölkəsi açıqlanıb


Ümumdünya Əqli Mülkiyyət Təşkilatının mütəxəssisləri İsveçrəni innovativ inkişafda və yeniliklərin gündəlik həyata tətbiqində dünya lideri seçiblər.

“ICTnews” Elektron Xəbər Xidməti “Belnovosti” resursuna istinadən yazır ki, məlumata görə, Çin mütəxəssislər tərəfindən yeni reytinqin iyirmiliyinə daxil olan yeganə “ikinci dünya” ölkəsi kimi qeyd edilir.

Bundan başqa, mütəxəssislər innovasiya sahəsində ilk dəfə özünü doğruldan bir sıra inkişaf etməkdə olan ölkələri müəyyənləşdiriblər. Belə ki, 25 lider ölkə siyahısına Malayziya, Hindistan, İran, Meksika və digər ölkələr daxil olaraq yüksək mövqelərə doğru irəliləyirlər.

Əvvəlki illərdə olduğu kimi, reytinqdə ilk yerləri “üçüncü dünya” ölkələri tutur. İsveçrədən sonra ikinci və üçüncü pillədə Niderland və İsveç qərarlaşıb. Reytinqdə yer alan qeyri-Avropa ölkəsi Sinqapur beşinci yerlə kifayətlənib.

Nizam Nuriyev






12/07/18    Çap et