Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows Phone” platformasının populyarlığı artacaq


“Strategy Analytics” analitik şirkəti proqnozlaşdırır ki, 2012-ci ildə “Windows Phone” mobil əməliyyat sisteminin populyarlığı sürətlə artacaq. Bu işdə “Microsoft” korporasiyasına Finlandiyanln “Nokia” şirkəti yardım edəcək.

Lakin analitiklər platformanın uzunmüddətli gələcəyinə əmin deyillər, belə ki, “Microsoft” korporasiyası ikinüvəli prosessorların dəstəklənməsini ləngidir.

Ekspertlər hesab edirlər ki, 2011-ci ilin nəticəsinə əsasən, “Windows Phone” (WP) qurğular Qərbi Avropada smartfon bazarının 5,8%-ni tutacaqlar. Növbəti ildə bu göstərici 2 dəfə artaraq, 12% olacaq.

“Strategy Analytics” hesablamalarına əsasən, cari ildə Qərbi Avropada 105 milyon smartfon, növbəti ildə isə 117 milyon smartfon satılacaq.




26/10/11    Çap et