Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“WhatsApp” messencerində mesajlar üçün yeni nişan tətbiq ediləcək


“WhatsApp” istifadəçilərə proqramı açmadan mesajı oxunmuş kimi nişanlamağa imkan verəcək. Bu haqda “WaBetaInfo” portalı yazır.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, tərtibatçıların ümidinə görə, yeni funksiya istifadəçilərə spam və lazımsız mesajlardan tez bir zamanda xilas olmağa imkan verəcək, həmçinin qrup çatlarında ünsiyyəti asanlaşdıracaq.
 
Portalın məlumatına görə, yeni funksiya proqramın növbəti yeniləməsində  əlçatan olacaq, indi yalnız beta-versiyada ondan istifadə etmək mümkündür.
 
Bundan əvvəl “WhatsApp” messenceri mesajı göndərəni müəyyənləşdirməyə imkan verən və feyklərlə mübarizə aparan "göndərilmiş mesaj" nişanını tətbiq etmişdi. Bundan başqa, iyunun sonunda sözügedən proqramın tərtibatçıları “Telegram” messencerində olduğu kimi kanal yaratmaq funksiyasını əlavə ediblər.
 
Emil Hüseynov





16/07/18    Çap et