Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” iki cihaz üçün simsiz enerjidoldurma qurğusu təqdim edəcək


Cənubi Koreya şirkəti yaxın vaxtlarda iki cihaz üçün simsiz enerjidoldurma qurğusu təqdim edəcək.
 
“ICTnews” Elektron Xəbər Xidməti “yugopolis.ru” saytına istinadən yazır ki, internetdə “Galaxy Note 9” və “ağıllı” saat və ya ikinci smartfonu – “Qi” standartını dəstəkləyən istənilən qurğunu enerji ilə doldurmaq üçün nəzərdə tutulmuş “Samsung Wireless Charger Duo” qurğusunun şəkli yerləşdirilib.
 
Mənbələrin məlumatına görə, yeni enerjidoldurma qurğusunun qiyməti təxminən 67 avro təşkil edəcək.
 
Emil Hüseynov





24/07/18    Çap et