Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android” sisteminin hansı versiyası daha populyardır?


"Google" şirkəti "Android" mobil əməliyyat sisteminin müxtəlif versiyalarının populyarlığını xarakterizə edən yeni statistika dərc edib. "Oreo" versiyasının bazar payı 12%-i ötüb.
 
"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, ən populyar olan "Android Nougat 7.0-7.1" versiyası 30,8% qurğuda quraşdırılıb. Yaxın vaxtlara kimi birinci pillədə qərarlaşmış "Android Marshmallow 6.0" versiyası indi 23,5% göstərici ilə ikinci yeri tutub. 20,4% göstəriciyə malik "Android Lollipop 5.0-5.1" (20,4%) versiyası üçüncü yeri tutub.
 
"Android"in ən yeni versiyası olan "Oreo 8.0-8.1" "Google"un mobil platformasının idarəetməsi altında işləyən 12,1% qurğuda quraşdırılıb. 2018-ci ilin əvvəlində bu sistemin bazar payı 0,7% idi.
 
Emil Hüseynov





24/07/18    Çap et