Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“YouTube”un veb versiyası şaquli formatlı videoları dəstəkləməyə başlayıb


Dünyanın ən məşhur videohostinqi şaquli formatlı videoların populyarlığı ilə barışmalı olub. "YouTube"un komandası ilk öncə şaquli formatlı video dəstəyini mobil proqrama əlavə edib, indi isə videohostinqin veb versiyası bu formatı dəstəkləməyə başlayıb. Hazırda "YouTube"un saytında şaquli formatlı videonu izlədikdə o, avtomatik olaraq pleyerin ölçülərinə uyğunlaşır və pleyerin kənarlarında qara zolaqlar olmadan göstərilir.
 
 
"ICTnews" Elektron Xəbər Xidməti "itc.ua" saytına istinadən yazır ki, bu arada qeyd edək ki, yeni pleyer, həmçinin tərəflər nisbəti 16:9 olan videoları yaxşı göstərir: belə ki, pleyerdəki boş sahədən istifadə edilərək şəklin ölçüsü böyüdülür.
 
Emil Hüseynov





30/07/18    Çap et