Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yanğınsöndürənlərin təlimi üçün real virtual reallıq simulyatoru hazırlanıb


Yanğınların söndürülməsi təhlükəlidir, buna görə təlim həmişə risklidir və çox xərc tələb edir. Həmçinin təlimi düzgün təşkil etmək asan məsələ deyil. Binaya od vuraraq təcrübəsiz yanğınsöndürmə komandasını alovu  söndürməyə göndərmək, əlbəttə ki, ağılsızlıqdır.
 
"ICTnews" Elektron Xəbər Xidməti "news.rambler.ru" saytına istinadən yazır ki, modelləşdirmə lazımi alternativdir, lakin bir qədər reallıqdan uzaqdır. Yanğınsöndürənlərin daha dəqiq və asan təlimi üçün "FLAIM Trainer" adlı virtual reallıq simulyatoru işlənib hazırlanıb. Simulyator "HTC Vive VR" qarnituru, taktil qurğu və həyati əhəmiyyətli göstəricilərə nəzarət edən jiletdən ibarətdir.
 
Simulyator obyektlərin vəziyyətini və yerdəyişməsini izləməyə, onları virtual dünyanı köçürməyə imkan verir. Datçikləri yanğın nasoslarına quraşdırdıqdan sonra təcrübə keçən yanğınsöndürənlər real avadanlıq vasitəsilə virtual alovu söndürə bilərlər. Tənəffüs aparatları dəstinə malik "HTC Vive" qarnituru virtual dünyaya bir pəncərə açır. Şlanqa quraşdırılmış taktil əks əlaqə sistemi su axınının gücünü imitasiya edir. Qoruyucu geyim daxili istilik paketinə malikdir və yanğınsöndürənlər virtual alovu söndürməyə çalışarkən o isinir.
 
Emil Hüseynov





03/08/18    Çap et