Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” və “Mozilla” “Bing” axtarış sistemi inteqrasiya edilmiş “Firefox” versiyasını istifadəyə veriblər


“Microsoft” və “Mozilla” sıx əməkdaşlıq elan ediblər. “Microsoft” korporasiyasına məxsus olan “FirefoxWithBing” saytında susma halına görə quraşdırılmış “Bing” axtarış sistemi ilə olan “Firefox” səyyahının 7-ci versiyası çıxarılıb.

Bundan əvvəl “Mozilla” şirkətinin səyyahında susma halı kimi “Google” axtarış sistemi quraşdırılmışdı.

Qeyd edək ki, son aylar bazarda “İnternet Explorer” və “Firefox” səyyahlarının payı ilk növbədə “Google Chrome”-un populyarlığının artmasına görə azalır. Ehtimal ki, “Microsoft” və “Mozilla” əməkdaşlığı sürətlə populyarlaşan səyyahın sonrakı möhkəmlənməsinə qarşı yönəlib.




27/10/11    Çap et