Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

32 min "ağıllı" evin təhlükəsizlik sistemində problem aşkar edilib


“Avast” antivirus proqram təminatı istehsalçısı təxminən 32 min "ağıllı" evin kiberhücumlar qarşısında aciz olduğunu deyib. Nəticədə hakerlər  ev sahibinin evdə olub-olmadığını öyrənə, multimedia sistemləri, səsli köməkçilər və məişət qurğularını idarə edə, həmçinin “ağıllı” qapı və pəncərələrin bağlı olub-olmadığını yoxlaya bilərlər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “Avast”ın məlumatına görə, 49 mindən çox MQTT şəbəkə protokolu səhv konfiqurasiya səbəbindən internetdə hər kəsə əlçatandır.
 
MQTT protokolu "ağıllı" ev qurğularına qoşulma və idarə mərkəzi vasitəsilə “ağıllı” evin idarə edilməsində istifadə olunur. İstifadəçilər protokolun quraşdırılması vaxtı serveri sazlayırlar. MQTT təhlükəsiz protokol olsa da, yanlış sazlanma zamanı təhlükəsizliklə bağlı ciddi problemlər yarana bilər.
 
Emil Hüseynov






28/08/18    Çap et