Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft Outlook” xidməti dövlət idarələrində məlumatların ələ keçirilməsi məqsədilə istifadə edilib


“Turla” haker qrupu Avropanın dövlət idarələrində məlumatları ələ keçirmək üçün “Microsoft Outlook” poçt xidmətindən istifadə edib. Bu haqda “Eset” antivirus şirkəti məlumat yayıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, ekspertlərin məlumatına görə, kibercinayətkarlar yoluxdurulmuş  kompüterlərdə quraşdırılmış zərərverici proqrama “Microsoft Outlook” vasitəsilə PDF faylları formatında şifrlənmiş əmrlər göndəriblər. Hakerlər bu üsulla qurbana məxsus kompüteri onlara məlumat göndərməyə, sistemə əlavə fayllar yükləməyə, başqa proqram və sorğuları yerinə yetirməyə məcbur etməyə müvəffəq olublar.
 
Zərərli proqram təminatı Almaniya Federal Xarici İşlər Nazirliyinin bir neçə kompüterində aşkar edilib.
 
Emil Hüseynov






29/08/18    Çap et