Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Sony” korporasiyası “webOS” əməliyyat sistemini əldə etmək istəyir


“Ericsson” şirkətinin payının alınmasına həsr edilmiş mətbuat konfransında “Sony” korporasiyasının rəhbəri Hovard Stringer bildirib ki, “HP”-nin “webOS” bölməsini əldə etmək ehtimalı var.
Hovard Stringer, həmçinin adi telefonların istehsalından imtina ilə bağlı əvvəlki planları təsdiq edib. “Sony” korporasiyası növbəti ildən yalnız smartfonlar istehsal edəcək. Ehtimal ki, smartfonlar hələ ki yalnız “Android” platformasında olacaqlar.




28/10/11    Çap et