Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Tesla” şirkəti simsiz enerjidoldurma qurğusunu nümayiş etdirib


“Tesla” şirkəti “Tesla Wireless Charger” adlı simsiz enerjidoldurma qurğusunu təqdim edib. Qurğu “Qi” standartını dəstəkləyən “Android” və “iPhone” qurğuları üçün hazırlanıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “news.rambler.ru” saytına istinadən yazır ki, enerjidoldurma qurğusunun batareyasının gücü 6000 milliamper/saat təşkil edir. “Tesla”nın nümayəndələrinin sözlərinə görə, cihazın işlənib hazırlanmasında şirkətin digər enerji məhsullarında tətbiq edilmiş dizayndan istifadə edilib.
 
“Tesla Wireless Charger” qurğusunun sahibləri “Android” sisteminin idarəetməsi altında işləyən qurğuları enerji ilə doldurmaq üçün daxili “USB-C” kabelindən, həmçinin daha sürətli kabel şarjı üçün “USB-A” portundan istifadə edə bilərlər.
 
“Tesla Wireless Charger” qurğusunun qiyməti 65 dollar təşkil edir.
 
Emil Hüseynov






30/08/18    Çap et