Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni smartfonun qiyməti 2000 dollardır


“RİM” və “Porsche” şirkətləri rəsmi olaraq “Porsche Design P'9981” smartfonunu təqdim ediblər. “BlackBerry 7” əməliyyat sistemi əsasında hazırlanmış model ilin sonuna kimi “Porsche Design” salonlarında çıxacaq və qiyməti təxminən 2000 dollar olacaq.
“Porsche Design P'9981” smartfonu cilalanmış paslanmayan poladdan olan korpusda hazırlanıb. Smartfonun interfeysinin tərtibatında “Porsche Design” mütəxəssisləri iştirak ediblər.
Yenilik 2,8 düymlü və 640x480 piksel kəskinlikli sensor ekran, 1,2 QHz takt tezlikli prosessor, 768 MB əməli yaddaş və 8 QB daxili yaddaş, “microSD” slotu, “NFC” çipi, “HD” videoçəkiliş imkanı olan 5 meqapiksel kamera, “Bluetooth”, “Wi-Fi” və “GPS” modulları ilə təchiz edilib. “Porsche Design P'9981” smartfonunun ölçüləri 115x67x11,3 millimetr, çəkisi 155 qram təşkil edir.




28/10/11    Çap et