Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Səssiz mini-fərdi kompyuter


“JEHE” (Shenzhen Jiehe Technology Development Co., Ltd) şirkəti yeni “Giada F100” səssiz mini-kompyuteri təqdim edib. Qurğu “İntel Cedar Trail” platforması əsasında hazırlanıb.
“F100”-də “İntel” korporasiyasının “NM10 Express” çipseti və “GMA” qrafik prosessoru istifadə edilib. Qrafik prosessor sayəsində yüksək kəskinlikli videoya və “Blu-ray 2.0” formatına baxış təmin olunur. Universal “F100” mini-fərdi kompyuteri, həmçinin “COM” portla təchiz edilib.
Kompyuter yalnız 17 Vatt enerji sərf edir. Mini-fərdi kompyuter şəbəkəyə qoşulmaq üçün 1 Qbit porta, “Wi-Fi”, “Bluetooth”, 4 ədəd “USB 2.0” portuna, 1 ədəd “USB2.0 Combo” portuna, inteqrasiya edilmiş kardriderə, “HDMİ” və “VGA” çıxışlara və “DisplayPort” dəstəklənməsinə malikdir. “İntel Cedar Trail” platforması “İntel Wireless Music”, “Wireless Display”, “PC Sync” və “Fast Boot” kimi yeni texnologiyalardan istifadə etməyə imkan yaradır.




28/10/11    Çap et