Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” noyabrdan etibarən “Skype Classic”in dəstəyini dayandıracaq


“Skype 7.0” versiyası dəstəyi fərdi kompüterlər üçün 1 noyabrda, mobil qurğular üçün isə 15 noyabrda dayandırılacaq.
 
“ICTnews” Elektron Xəbər Xidməti “tjournal.ru” saytına istinadən yazır ki, “Skype”ın tərtibatçılar komandasının bloqunda elan edilib ki, “Skype 7” versiyasının dəstəyi 1 noyabrda masaüstü kompüterlər, 15 noyabrda isə mobil qurğular üçün dayandırılacaq. Köhnə versiyalar hələ "bir müddət" işləyəcək, ancaq tərtibatçılar kəsintisiz rabitə üçün “Skype 8” versiyasını quraşdırmağı tövsiyə edirlər.
 
Emil Hüseynov






28/09/18    Çap et