Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” başlanğıc ayar kimi axtarış sistemi status üçün 9 milyard dollar ödəyəcək


ABŞ-ın “Google” şirkəti “Apple Safari” brauzerində başlanğıc ayar kimi axtarış sistemi statusunu qoruyub saxlamaq üçün 9 milyard dollar ödəyəcək.
 
“Business Insider” nəşri yazır ki, gələn il ödəniş məbləği 12 milyard dollaradək artacaq. Ötən il “Google” bu seçim üçün 3 milyard dollar ödəmişdi.
 
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, məlumata görə, illik ödənişin məbləği “iOS” sisteminin idarəetməsi altında işləyən qurğularda “Siri” səsli köməkçisi və “Safari” brauzerindən “Google” axtarış sisteminə edilmiş sorğulara görə hesablanır.
 
Analitiklərin fikrincə, “Google” üçün başlanğıc ayar kimi axtarış sistemi statusundan imtina etmək əlverişsizdir, çünki “Apple” sözügedən axtarış sistemi üçün ən böyük trafik mənbələrindən biridir.
 
Emil Hüseynov






01/10/18    Çap et