Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook”da şifrəni unutmusan?


“Facebook” sosial şəbəkəsində tezliklə hesaba girişi bərpa etməyin yeni üsulu istifadəyə veriləcək. Bu üsul "etibar edilmiş dostlar" funksiyasıdır. Bu funksiyanın mahiyyəti ondan ibarətdir ki, istifadəçi öz təhlükəsizlik sazlamalarında etibar etdiyi 5 insan təyin edə bilər.

Əgər hesab “sındırılsa” və şifrəni “e-mail”-ə məktubun alınması vasitəsilə bərpa etmək imkanı olmasa, “Facebook” etibar edilmiş dostlara xüsusi kod göndərəcək. Həmin kod hesab sahibinə verildikdə, o, hesabını bərpa edə biləcək. Yeni funksiya bir neçə həftə ərzində istifadəyə veriləcək.




31/10/11    Çap et