Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada 700 milyon cihaz bu əməliyyat sisteminin idarəetməsi altında işləyir


“Microsoft”un məlumatına görə, indi dünyada 700 milyon qurğu “Windows 10” sisteminin idarəetməsi altında işləyir. Həmçinin bu yaxınlarda sözügedən əməliyyat sistemi üçün böyük yeniləmə çıxarılıb.
 
Xatırladaq ki, 2017-cı ilin noyabrında dünyada “Windows 10” sistemi ilə işləyən cihazların sayı 600 milyona çatmışdı.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “NetMarketShare” xidmətinin məlumatına görə, 2018-ci il sentyabrın sonunda istifadəçilərin 37,44%-i öz masaüstü kompüter və noutbuklarına “Windows 10” sistemini quraşdırıblar.
 
“Windows 7” sistemi, hələ ki, ən populyar kompüter proqram platforması olaraq qalır və bazar payı 41% təşkil edir. Analitiklər belə hesab edirlər ki,  2018-ci ilin sonuna kimi “Windows 10” platforması əməliyyat sistemləri bazarında vahid lider olacaq.
 
Emil Hüseynov






05/10/18    Çap et