Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Süni intellekt insanın gözlərinə görə onun yaşını müəyyənləşdirəcək


Moskva Dövlət Universitetinin alimlər qrupu və “HautAI OU” texnologiya startapı tərəfindən birgə hazırlanmış “PhotoAgeClock” süni intellekti insanın gözlərinə görə onun yaşını müəyyənləşdirəcək.
 
“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, alimlərin sözlərinə görə, neyron şəbəkəsi gözlərin ətrafındakı sahəni təhlil edəcək. Areal insanın yaşını daha dəqiq müəyyənləşdirəcək.
 
“PhotoAgeClock” süni intellekti 8414 insan şəkli üzərində öyrədilib. Bundan sonra süni intellekt başqa şəkillər üzərində sınaqdan keçirilib: insanların yaşını 2,3 yaş dəqiqliyi ilə müəyyənləşdirib.
 
Emil Hüseynov






29/11/18    Çap et