Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni poçt şöbələri istifadəyə veriləcək


“Azərpoçt” MMC tərəfindən Müqəddəs Qurban Bayramı münasibətilə ölkənin müxtəlif regionlarında yeni poçt şöbələri istifadəyə verilir.

Müəssisədən verilən məlumatda bildirilir ki, əlamətdar gün münasibətilə hazırlanan tədbirlər planına uyğun olaraq Tərtər Poçt filialının Evoğlu və Cəlilabad Poçt filialının Astanlı poçt şöbələri ən yeni avadanlıqlarla, mebel dəstləri ilə təmin edilməklə sakinlərin istifadəsinə veriləcək. Burda kənd sakinlərinə bütün poçt xidmətləri göstəriləcək.

Qeyd edək ki, bu gün “Azərpoçt” MMC nəhəng xidmət şəbəkəsinə malik olmaqla 1500-dən çox poçt şöbəsi vasitəsilə əhaliyə xidmət göstərir.




02/11/11    Çap et