Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkəti “Allo” messencerinin fəaliyyətini dayandıracağını elan edib


“Google” şirkəti 2016-cı ildə təqdim edilmiş “Allo” adlı “ağıllı” messencerin fəaliyyətini 2019-cu ilin martında dayandıracaq.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, internet şirkəti “Allo” messencerinin əvəzinə, “Android Messages” layihəsi üzərində işləyəcək. “Allo” messencerindən mesajların surətlərini yükləmək üçün təlimat “Google”un saytında yerləşdirilib.
 
“Google Allo” – “Hangouts” xidməti üçün əvəzetmə deyil, daha çox “Facebook Messenger”ə oxşar müstəqil proqramdır. Bu messencerdə avtorizasiya mobil telefonun nömrəsi əsasında həyata keçirilir.
 
Emil Hüseynov






07/12/18    Çap et