Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“WhatsApp” messenceri cari ilin yanvarından bəzi smartfonlarda işləməyəcək


2019-cu ildə “WhatsApp” messenceri bəzi populyar əməliyyat sistemlərinin idarəetməsi altında işləyən smartfonları dəstəkləməyəcək. Bu haqda messencerin komandası məlumat verib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, sözügedən dəyişikliklər “Nokia Series 40” əməliyyat sisteminin idarəetməsi altında işləyən telefonlara şamil olunur. 2012-ci ildə “Nokia S40” proqram platformasının müxtəlif redaksiyalarının idarəetməsi altında işləyən qurğuların sayı 1,5 milyarddan çox olub.
 
Bundan başqa 1 fevral 2020-ci il tarixindən etibarən “Android” sisteminin “2.3.7” və daha köhnə versiyaları, həmçinin “iOS 7” və daha köhnə versiyaların idarəetməsi altında işləyən smartfonlarda “WhatsApp” messencerinin dəstəyi dayandırılacaq.
 
Məlumat üçün bildirək ki, 1 yanvar 2018-ci il tarixindən “WhatsApp” messenceri “Windows 8.0”, həmçinin “BlackBerry OS” və ya “BlackBerry 10” sistemlərinin idarəetməsi altında işləyən smartfonlarda dəstəklənmir.
 
Emil Hüseynov






03/01/19    Çap et