Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows 10” fərdi kompüterlər üçün ən populyar əməliyyat sistemidir


“Microsoft” korporasiyasına məxsus “Windows 10” fərdi kompüterlər üçün dünyada ən populyar əməliyyat sistemidir.

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, “Net Applications” analitik şirkətinin məlumatına görə, “Windows 10”-un populyarlığı artaraq əvvəlki lider “Windows 7” əməliyyat sistemini üstələyib. Hazırda “Windows 10”-un fərdi kompüterlər bazarında payı 39,22 faiz, “Windows 7” sisteminin isə 36,9 faiz təşkil edir. “Microsoft” bu göstəriciyə 3 il ərzində nail olub. Bu nəticələr eyni zamanda 10 il əvvəl buraxılan “Windows 7” əməliyyat sisteminin populyarlıq səviyyəsini göstərir.

Bildirilir ki, bu gün “Windows 10” əməliyyat sisteminin idarəetməsi ilə 700 milyon qurğu, o cümlədən fərdi kompüter, planşet, smartfon və “Xbox One” oyun konsolu işləyir.

Qeyd edək ki, “Microsoft” korporasiyası 14 yanvar 2020-ci ildə “Windows 7” sisteminin dəstəklənməsini dayandıracaq. Bu səbəbdən iri şirkət və ayrı-ayrı istifadəçilərin “Windows 10” əməliyyat sisteminə keçməsi korporasiya üçün böyük əhəmiyyət kəsb edir.

Nizam Nuriyev






03/01/19    Çap et