Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yapon mühəndisləri unikal simsiz enerjidoldurma texnologiyası hazırlayıblar


Tokio Universitetinin mühəndisləri tərəfindən vərəq formasında hazırlanmış simsiz enerjidoldurma qurğusunda istənilən formanı kəsərək cihaza, geyimə və ya mebelə bərkitmək mümkündür. Yeni texnologiya “IMWUT 2018” konfransında nümayiş etdirilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, mühəndislər yeni texnologiyanı bir neçə prototip üzərində tətbiq edərək yoxlayıblar. Məsələn, onlar məhsullar üçün daxili elastik simsiz enerjidoldurma qurğusu ilə təchiz edilmiş  “ağıllı” çanta hazırlayıblar. İstifadəçi smartfonu belə çantanın yan cibinə yerləşdirməklə hərəkət zamanı onu enerji ilə doldura bilər.
 
Emil Hüseynov






11/01/19    Çap et