Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çin zondu Ayda bioloji eksperiment aparıb


Çinin bir neçə gün əvvəl Ayın əks tərəfinə eniş edən “Çane-4” kosmik aparatı bəşəriyyət tarixində Ay səthində ilk bioloji eksperimenti uğurla həyata keçirib. Bu barədə Çin Mərkəzi Televiziyası məlumat verib.

“ICTnews” Elektron Xəbər Xidməti “RİA Novosti” resursuna istinadən yazır ki, aparat çərşənbə axşamı bioloji sınaq fotoşəkillərini Yerə göndərib.

Fotoşəkillərə görə, artıq pambıq toxumaları cücərməyə başlayıb. Bu isə o deməkdir ki, “Çane-4” bəşəriyyət tarixində Ay səthində ilk bioloji eksperiment keçirib.

Eksperiment üçün pambıq, raps, kartof, “Arabidopsis thaliana” daxil olmaqla altı növ bioloji nümunə, eləcə də drozofil və maya seçilib.

Aparatdan alınan son fotoşəkillərdən məlum olub ki, pambıq toxumlarının cücərtiləri yaxşı böyüyür.

Qeyd edilir ki, bu, ətraf mühitin aşağı qravitasiya, güclü radiasiya və böyük temperatur fərqi kimi sərt sınaqlarından sonra Ayda bitən ilk zoğdur.

Nizam Nuriyev






15/01/19    Çap et