Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Uçan robot yaradılıb (VIDEO)


Yaponiyanın Müdafiə Nazirliyi yeni kürəşəkilli uçan robot təqdim edib. Uçan robot həm üfüqi, həm də şaquli hərəkət edə bilir.

Yeniliyin tərtibatçıları bildiriblər ki, qurğu satışda mövcud olan komponentlərdən yaradılıb, uçuş zamanı robot 40 kilometr/saata qədər sürətini artıra bilər, monitorinq və nəzarət vasitələrinə malikdir. Qiyməti 1400 dollardır.

Tərtibatçılar bildiriblər ki, robotun mövcud versiyası hal-hazırda operator tərəfindən idarə olunur. Lakin yaxın vaxtlarda maşın məkanda operativ istiqamətlənərək özü uçuş proqramlarını yerinə yetirə biləcək.






04/11/11    Çap et