Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple”ın populyar xidmətində boşluq aşkar edilib


8 ildir “Apple” şirkətinin mobil qurğu və kompüterlərinə başlanğıc ayar kimi quraşdırılan “FaceTime” internet zənglər xidmətində ciddi boşluq aşkar edilib. “9to5mac.com” nəşri yazır ki, sözügedən boşluq “FaceTime” xidməti vasitəsilə istənilən şəxsə zəng vurmağa və istifadəçi tərəfindən zəngin qəbulundan öncə onun mobil qurğusunun mikrofonundakı səsi eşitməyə imkan verir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, bundan başqa, sözügedən boşluq, həmçinin cihazın ön kamerasındakı şəkli görməyə imkan verir. Təxmin edilir ki, “iOS” sisteminin 12.1 və sonrakı versiyalarının idarəetməsi altında işləyən bütün qurğular bu boşluq qarşısında acizdirlər.
 
“Apple” şirkətinin nümayəndələri artıq sözügedən boşluğun mövcudluğunu etiraf ediblər və həftənin sonunadək onu aradan qaldırmağa dair söz veriblər.
 
Emil Hüseynov






29/01/19    Çap et