Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Xiaomi Redmi Go” smartfonu buraxılıb


Çinin "Xiaomi" şirkəti başlanğıc səviyyəli qurğular üçün optimallaşdırılan "Android Go" platforması əsasında ilk smartfon təqdim edib. "Redmi Go" adlı modelin fevralda Avropa və Filippində satışa çıxarılması nəzərdə tutulur.

"ICTnews" Elektron Xəbər Xidməti "Ferra" resursuna istinadən yazır ki, smartfon HD (1280 x 720 piksel) təsvir ölçülü 5 düym diaqonallı ekran, 5 meqapikselli ön və 8 meqapikselli əsas kamera, 1 giqabaytlıq operativ və 8 giqabaytlıq quraşdırılmış yaddaş, 128 giqabayt tutumlu "microSD" formatlı yaddaş kartları üçün çıxışla təchiz edilib.

Qurğunun aparat əsasını dördnüvəli "Qualcomm Snapdragon 425" prosessoru təşkil edir. Akkumulyator tutumu 3 min milliamper/saata bərabər smartfon "Android 8.1 Oreo Go Edition" əməliyyat sisteminin idarəetməsi ilə işləyir.

"Xiaomi Redmi Go" smartfonunun Avropada təxmini qiyməti 80 avro təşkil edir.

Nizam Nuriyev






30/01/19    Çap et