Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“WhatsApp” messencerində yazışmalar “Face ID” və “Touch ID” texnologiyaları vasitəsilə qorunacaq


“iOS” sisteminin idarəetməsi altında işləyən cihazlarda “WhatsApp” messencerində şəxsi yazışmaların təhlükəsizliyini biometrik məlumatlarla qorumaq mümkün olacaq. Messencerə giriş üçün “iPhone” smartfonunun modelindən asılı olaraq “Face ID” və ya “Touch ID” texnologiyaları vasitəsilə eyniləşdirmə lazım olacaq.
 
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, belə təhlükəsizlik tədbiri smartfon blokdan çıxarıldıqda belə şəxsi məlumatları qorumağa imkan verəcək. Həmçinin istifadəçilərə bildirişlərdə mesajlara önbaxışı gizlətmək tövsiyə edilir, əks halda cihazı blokdan çıxarmadan mesajlara və zənglərə cavab vermək mümkündür.
 
Messencerin 2.19.20 versiyasında məxfilik sazlamaları vasitəsilə girişi məhdudlaşdırmaq mümkündür.
 
Emil Hüseynov






05/02/19    Çap et