Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Canon” 20000 dollar dəyərində olan kinokamera təqdim edib (VIDEO)


“Canon” Hollivudda keçirilən xüsusi tədbirdə professional “EOS C300” kinokamerasını təqdim edib. Model “Canon EOS 5D Mark II” güzgü kamerası ilə işləyən operatorların arzularını nəzərə alaraq yaradılıb. Kamera videoçarxları 50 Mbit/s-yə qədər bitreytlə “Full HD” kəskinliyində çəkir.

Yeniliyin “ürəy”i tamformatlı 8.3 Mp kəskinlikli 35 millimetrli “CMOS” matrisi və xromatik aberrasiyaların korreksiyasını təmin edən “DİGİC DV III” prosessorudur. Kameranın imkanlarını “Vinset Laforetin” qısametrajlı filmində qiymətləndirmək olar:

Mobius from Vincent Laforet on Vimeo.






05/11/11    Çap et