Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nvidia” neyron şəbəkəsi həqiqi insan sifəti yaratmağı öyrənib


“Nvidia” şirkəti ötən həftə neyron şəbəkəsinin köməyilə yeni şəkillər yaratmağa imkan verən “StyleGAN” alqoritminin kodunu internetə dərc edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, istənilən şəxs “Uber” şirkətinin tərtibatçısı Filip Von tərəfindən yaradılmış “This Person Does Not Exist” saytının köməyi ilə alqoritmin işini qiymətləndirə bilər. Yaradılmış inşan sifətini görmək üçün sayta daxil olmaq kifayətdir, səhifəni yenilədikdə başqa portret görsənir.
 
Alqoritmin işi hörmətə layiqdir.
 
Emil Hüseynov






18/02/19    Çap et