Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Adobe” şirkəti “Flash Player”in mobil versiyalarından imtina edəcək


“Adobe” şirkəti “Flash Player” pleyerinin mobil versiyalarından imtina edəcək. “Adobe” şirkəti pleyerin “Android” və “Playbook” planşetləri üçün versiyalarını dəstəkləməyə davam edəcək, lakin yeni mobil əməliyyat sistemləri və ya səyyahlar üçün “Flash Player” təqdim etməyəcək.

Bunun əvəzinə şirkət “Adobe AİR” platformasında olan proqramlara üstünlük verəcək, həmçinin, “HTML5” texnologiyasının inkişafında iştirak edəcək.

“Flash Player” versiyaları “iOS”-dan başqa bütün iri mobil platformalar üçün praktik olaraq çıxarılıb. “Apple” şirkətinin sabiq rəhbəri Stiv Cobs “Flash” texnologiyasını mobil qurğular üçün uyğunlaşdırılmamış hesab edərək dəfələrlə onu tənqid edib.




10/11/11    Çap et