Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çin məhkəmələrində süni intellekt texnologiyalarından istifadə ediləcək


Çin məhkəmələrində məhkəmə qərarlarının icrası zamanı xidmətlərin yaxşılaşması və “ağıllı” məhkəmələrin inkişaf etdirilməsinə kömək məqsədilə süni intellekt texnologiyalarından istifadə ediləcək. Bu haqda Çin Ali Xalq Məhkəməsindən məlumat verilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, Çin Ali Xalq Məhkəməsinin informasiya mərkəzinin direktorunun sözlərinə görə, ölkədə xalq məhkəmələri ərizələrin elektron təqdim edilməsi üçün mobil proqramlardan istifadə edəcək, mobil elektron məhkəmə proseslərini təşviq edəcək, həmçinin “ağıllı” proqramlara məhkəmə proseslərinin bütün aspektlərini əhatə etməyə imkan verən mobil mikro məhkəmələr yaradacaqlar.
 
“Ağıllı” məhkəmələrin yaradılmasına gəlincə, xalq məhkəmələri məhkəmə qərarlarının dəqiq icrasına, istintaq altında olan insanların holoqramlarının yaradılmasına, həmçinin sosial kredit sistemi ilə əlaqə qurulmasına önəm verəcək.
 
Emil Hüseynov






13/03/19    Çap et