Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Opera 11.60” səyyahının beta-versiyası çıxıb


Norveçlilər istifadəçilərə “Opera 11.60” səyyahını təqdim ediblər. Bu gün səyyahın beta-versiyası çıxıb. Tamamilə dəyişdirilmiş poçt müştərisi veb-səyyahın ən əhəmiyyətli yeniliyi olub.

Tərtibatçılar səyyahın interfeysini azacıq dəyişərək daha informativ ediblər, “HTML5” , “CSS3” dəstəklənməsini yaxşılaşdırıblar, həmçinin səhvləri düzəldiblər. “Opera Software” şirkətindən bildiriblər ki, “Opera 11.60” və “Opera 12” səyyahları ayrı-ayrılıqda inkişaf edir. Bundan əvvəl şirkət “Opera 12” səyyahını 2011-ci ilin sonuna kimi çıxarmağa söz verib.




10/11/11    Çap et