Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” şirkəti “iOS 5.0.1” əməliyyat sistemini təqdim edib


“Apple” şirkəti “iOS 5.0” mobil əməliyyat sistemi üçün yeniləmə çıxarıb. Yeniləmədə “iPhone 4” və “4S” smartfonlarında akkumulyatorların tez boşalmasına səbəb olmuş problemlər aradan qaldırılıb. Hal-hazırda istifadəçilər yenilənmiş versiyanı smartfonu əvvəlcədən kompyuterə qoşaraq “iTunes” vasitəsilə yükləyə bilərlər. Akkumulyator problemindən əlavə “iOS 5.0.1” mobil əməliyyat sistemində bəzi problemlər də aradan qaldırılıb.




11/11/11    Çap et