Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“WhatsApp” messencerində “qara rəngli interfeys” əlçatan olacaq


“WhatsApp” messencerinin tərtibatçıları "qara rəngli rejim" adlı yeni funksiyanı sınaqdan keçirirlər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, yeni funksiya messencerin 2.19.82 beta-versiyasında tətbiq edilib, rəsmi təqdimetmə tarixi bilinmir.
 
"Qara rejim" aktivləşdirildikdə proqramın rəng qamması dəyişir: arxa fon qara, mətn isə ağ rəngdə görsənir.
 
Emil Hüseynov






28/03/19    Çap et