Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“DigiTimes”: 1 ay ərzində 10 mindən az xrombuk satılıb


“Google” Direktorlar şurasının sədri Tayvan istehsalçılarını “Chrome OS” əməliyyat sisteminin gələcək inkişafı ilə bağlı əmin etməyə çalışsa da, lakin onlar bu əməliyyat sisteminin perspektivinə inanmırlar. İlk xrombukların satışları 6 ay əvvəl başlanıb, lakin indiyə qədər nə “Google”, nə “Acer”, nə “Samsung” şirkətləri satılmış qurğuların sayını bildirməyiblər.

“Digitimes” resursu sənaye mənbələrinə istinadən qeyd edib ki, xrombuklara tələbat yoxdur. Belə ki, onların istehsal anından keçmiş 1 ay ərzində “Acer” şirkəti yalnız 5000 belə leptop satıb, “Samsung” şirkətinin göstəricisi isə daha aşağıdır.




11/11/11    Çap et