Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

LTE rabitə standartında 36 boşluq aşkar edilib


İnformasiya təhlükəsizliyi məsələləri üzrə Cənubi Koreyadan olan ekspertlər tərəfindən LTE rabitə standartında aşkar edilmiş 36 boşluq müxtəlif səviyyəli hücumlar reallaşdırmağa imkan verir. Bəzi hücumlar kifayət qədər zərər vura bilər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “itc.ua” saytına istinadən yazır ki, aşkar edilmiş boşluqlar kiçik müvəqqəti çətinliklər (məsələn, kimisə mobil rabitə şəbəkəsindən ayırmaqla) yarada bilər. Eyni zamanda bəzi boşluqlar daha təhlükəli hücumlar (məlumatların ələ keçirilməsini və idarə edilməsini nəzərdə tutan) reallaşdırmağa imkan verir.
 
Tədqiqatçılar nəticələri bu ilin mayında keçiriləcək konfransda təqdim etmək niyyətindədir. Həmin vaxtadək onlar boşluqlarla bağlı məlumatları operator və qurğu istehsalçıları ilə paylaşırlar ki, sonuncular aşkar edilmiş boşluqları aradan qaldıra bilsinlər.

Emil Hüseynov






29/03/19    Çap et