Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” şəxsi məlumatları icazəsiz göstərməyəcək


“Facebook” şirkəti istifadəçilərin konfidensial məlumatlarının müdafiəsi məsələsinə dair ABŞ hökuməti ilə razılığa gəlmək üzrədir. Bu barədə sosial şəbəkənin rəhbəri Mark Tsukerberq Harvardda açıqlama verib.

“Facebook” və ABŞ hökuməti arasında məsələ ilə bağlı saziş imzalanması gözlənilir. Sazişə əsasən, sosial şəbəkənin konfidensiallıq siyasətində əhəmiyyətli dəyişikliklərlə bağlı istifadəçilərin icazəsi alınacaq. Bu isə o deməkdir ki, “Facebook” istifadəçinin icazə verdiyi bilgilərdən başqa heç bir konfidensial məlumatları yaya bilməz.

Saziş layihəsi ABŞ Federal Ticarət Komissiyası tərəfindən bəyənilməlidir. İki il əvvəl - 2009-cu ilin dekabrında “Facebook” istifadəçilərin icazəsi olmadan onların baza məlumatlarını açarkən şikayətlər məhz bu quruma ünvanlanmışdı.




11/11/11    Çap et