Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“WhatsApp” messencerində animasiyalı stikerlər əlçatan olacaq


Populyar messencerin tərtibatçıları animasiya sayəsində stikerlərin cari funksionalını yaxşılaşdırmağa hazırlaşırlar.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, sözügedən funksiya tezliklə “Android”, “iOS” və veb versiya üçün son yeniləmələrdə əlçatan olacaq. Animasiyalı elementlər stikerlər dəstinə daxil ediləcək.

 

Stikerlər göndərildikdən sonra GIF formatlı fayllardan fərqli olaraq həmişə animasiya formasında olacaqlar.

 

Emil Hüseynov






18/04/19    Çap et