Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Planşetlər üçün də prosessorlar istehsal ediləcək


Hələ ki “İntel” şirkəti planşet bazarında elə əhəmiyyətli uğura nail olmayıb: Amerika korporasiyasının prosessorları yalnız “Windows” əməliyyat sistemi ilə işləyən modellərdə istifadə olunur. Lakin növbəti ildə hər şey dəyişə bilər.

“DigiTimes” bildirib ki, “İntel” şirkəti 2012-ci ildə xüsusilə planşet bazarına istiqamətlənmiş enerji-effektiv çiplər təqdim edəcək. Bundan əvvəl şirkət planşet və smartfonlarda “Medfield” prosessorlarını istifadə etməyi planlaşdırırdı, lakin nəticədə onları yalnız smartfonlarda quraşdırmağa qərar verdi.




12/11/11    Çap et