Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” yeni proqram şirkətini satın alıb


“Google” sosial şəbəkələr üçün proqram təminatının hazırlanması ilə məşğul olan “Katango” şirkətini satın alıb. Şirkətlər saziş haqqında ətraflı məlumat verməyib.

“Katango” şirkətinin cəmi 1 il əvvəl yaradıldığı məlumdur və o vaxtdan şirkətin əsas işləri sosial şəbəkələr üçün proqram təminatının hazırlanması ilə bağlı olub.

Sazişin şərtlərinə əsasən, “Katango” şirkətinin mühəndislər komandası “Google+” tərtibatçılarının tərkibinə daxil olacaq. "Katango” şirkətini əldə etdiyimizə görə mən çox şadam” – “Google”-un vitse-prezidenti Bredli Xorovis qeyd edib.




12/11/11    Çap et